RU

110 miə yaxın kassa aparatı 25 milyard manatdan çox dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 109 min 611 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar - noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

 

DövlətVergiXidmətiNKAnəzarətkassaaparatlarıyeninəslNKA109611ədədNKAşəffafhesablaşmamallarındövrüyyənəzarətqanunsuzdövrüyyəninqarşısıİqtisadiyyatNazirliyiNKAdövlətstatistikası2025dövriyyə25milyardmanat13.1faizartımNKAquraşdırmaAzərbaycannəzarətkassavergiməlumatlarıqanunilikdəstəyidövlətnəzarətidövrüyyənəzarətköhnəkassalardanNKAvergidövriyyəsiİqtisadiyyatmonitorinqi
Избранный
62
2
marja.az

10Источники