RU

İB sədri: “Layihə yazılmasından icrasına qədər könüllülərin rolu gücləndirilməlidir”

"Könüllülük hərəkatı bu gün Azərbaycanda demək olar ki, bütün sahələri əhatə edir, müxtəlif istiqamətlərin inkişafına dəstək verir və eyni zamanda könüllülərin peşəkar mütəxəssis kimi yetişməsinə şərait yaradır. Bu fəaliyyət ölkənin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyır".

Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 

layihənin yazılma prosesindən başlayar Könüllü hərəkatının mahiyyətini layihənin ideyasında əks edilməlidir. Belə ki, layihənin icrası ilə parallel mahiyəti də Könüllü hərəkatının mahiyətinin ştrixlərini də əks etdirməlidir:

"Cəmiyyətin maariflənməsinə, problemlərin həllinə dəstək, sosial yönümlü təbliğat Könüllü hərakatının mahiyyəti ilə paralellik təşkil etdiyindən layihənin yazılması və icrası prosesində Könüllü hərakatına da üstünlük verilməlidi. İstər ekoloji təmizlik, istər sosial yardım, istər maarifləndirmə işində və s. kifayət qədər əyani təcrübəsi olan Könüllü hərəkatı QHT sektoru ilə parallel fəaliyət göstərməsi layihənin daha uğurlu icrasına dəstək olmuş olar. Layihənin təqdimat mərasiminin daha təmtəraqlı keçirilməsinə də Könüllülərin iştirakı faydalı olar. Belə əməkdaşlıq ənənəyə çevrilməsi və gələcəkdə qanuniləşdirilməsi layihələrin nəticəsində uğur təminatıçı kompanentlərindən birinə çevrilər. Bu əməkdaşlığın ənənəyə çevrilməsi həm də gələcəkdə Könüllü hərakatının əhatə dairisini daha da genişləndirə bilər". 

 

Pərvanə Fərhadqızı       

Избранный
114
qht.az

1Источники