RU

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bu gün birgə keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək./ APA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
19
lent.az

10Источники