RU

Qırılan eskalatorda xəsarət alanlarınVƏZİYYƏTİ - YENİLƏNİB

Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

“Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda qeyd olunub.

***

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub”, - məlumatda qeyd olunub.

Избранный
30
10
redaktor.az

10Источники