Birləşmiş Ştatlar Monro Doktrinasını dəstəkləmək niyyətindədir və ona Qərb yarımkürəsində təhlükəsizliyin əsas elementi kimi baxır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin açıqladığı ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.
"İllər boyu etinasızlıqdan sonra Birləşmiş Ştatlar Monro Doktrinasını (1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro tərəfindən tərtib edilib) bir daha təsdiq edəcək və tətbiq edəcək", - sənəddə qeyd edilir.
Aynur Babazadə