Lamin Yamal daha bir əla göstəriciyə nail olub.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın hücumçusu İspaniya La Liqasında 2025/26 mövsümünün ən yaxşı driblinq edən futbolçusu olub.
“Sofascore” portalının məlumatına görə, 19-cu turda “Atletiko” ilə matçda (3:1) 9 uğurlu driblinq edən ispaniyalı futbolçu mövsüm ərzində ümumilikdə 60 uğurlu cəhd ilə siyahıya başçılıq edir. Qeyd edək ki, cari mövsümdə çempionatda 11 oyunda meydana çıxan Yamal 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Reytinqdə 2-ci pilləni “Real”ın futbolçusu Kilian Mbappe (39) tutur. 3-cü yerdə isə hərəyə 32 driblinqlə “kral klubu”nun digər üzvü Vinisius Junior və “Ovyedo”nun oyunçusu Hayssem Hasan qərarlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта