Bakı. Trend:
4-5 dekabr 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyinümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir.Sözügedən səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya vəSakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının və KambocaKrallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.
Trend xəbər verir ki, bubarədə “ASAN xidmət” məlumat yayıb.
Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi vəSosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərənKomitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrəKomissiyanın “Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri”adlı işçi qrupuna rəhbər seçilib.
Açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən “ASANxidmət” təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi iləBMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurluəməkdaşlıqdan söz açıb. Hazırda "ASAN xidmət" təcrübəsinin 30-dançox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinəçatdırılıb.
Tədbirdə ABŞ-nin, Qazaxıstanın, Koreyanın, Kambocanın, Laosun,Filippinin, Qırğız Respublikasının və digər ölkələrin müvafiqsahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələriiştirak ediblər.
Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.