RU

Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Başnazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonunrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədəİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığınınmöhkəmləndirilməsi, işgüzar dairələr arasında tərəfdaşlıqmünasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçüngeniş imkanların mövcudluğu vurğulanıb. Ticarət, sənaye,energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdəişbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçininAzərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasındaticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıqüzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasınınkeçirilməsi müzakirə olunub.

Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülənişlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilənnəticələr və həyata keçirilən digər təşəbbüsləridəyərləndiriblər.

Tatarıstan
Tatarıstan
Tatarıstan
Избранный
37
10
az.trend.az

10Источники