RU

İsveçrə üçüncü ölkələrlə vizasız gediş-gəlişin dayandırılması qaydalarını sərtləşdirdi

İsveçrə hakimiyyəti Brüsselin ardınca Avropa İttifaqının üçüncü ölkələr üçün vizasız rejimin dayandırılması qaydalarını sərtləşdirən tənzimləməyə etdiyi dəyişiklikləri qəbul edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, dəyişikliklər 17 dekabrda qüvvəyə minəcək.

Qeyd olunub ki, Şengen Sazişi çərçivəsində İsveçrə müəyyən hallarda üçüncü ölkələrin vətəndaşları üçün vizalı rejimin bərpa edilməsinə yönəlmiş Avropa İttifaqı tənzimləməsinə düzəlişin tətbiqi barədə qərar qəbul edib.

Bundan belə vizasız rejimin dayandırılması mexanizmi həmin ölkədən Şengen zonasına qeyri-qanuni şəkildə daxil olan və ya üzv ölkəyə girişinə icazə verilməyən vətəndaşların sayında 30% artım qeydə alınarsa işə sala bilər.  Əvvəllər bu göstərici 50% idi. 

Əgər həmin ölkələrdən gələn müraciətlərin qəbul nisbəti 20%-dən aşağıdırsa, oxşar tədbirlər sığınacaq müraciətlərinin sayında əhəmiyyətli artım olduğu halda da tətbiq oluna bilər. 

Məlumata görə, konfederasiya hakimiyyəti vizasız rejimin dayandırılması mexanizminin aktivləşdirilməsi üçün yeni əsaslar da irəli sürə biləcək. Xüsusilə, bunlara miqrantların xarici hökumətlər tərəfindən öz maraqları naminə istifadə edilməsi nəticəsində Aİ üzv dövlətlərində ictimai asayişə və təhlükəsizliyə yaranan təhdidlər daxildir. Bundan başqa, insan hüquqlarının pozulması ilə bağlı Aİ-nin üçüncü ölkə ilə münasibətlərinin pisləşməsi də əsas kimi qəbul edilə bilər.

Избранный
66
1
operativmm.az

2Источники