RU

Netflix məşhur “Warner Bros.” şirkətini aldığını elan edib

Netflix Warner Bros. Discover şirkətini satın aldığını elan edib.

AzPost bildirir ki, bu barədə Reuters xəbər yayıb.

Məlumata görə, Netflix Warner Bros. film studiyasını, eləcə də onların yayım bölmələri olan HBO Max və HBO-nu 82,7 milyard dollara satın aldığını açıqlayb.
Müqavilənin 2026-cı ilin üçüncü rübündə bağlanması gözlənilir.

Netflix-in veb saytında dərc olunan mətbuat açıqlamasında bildirilir ki, “Böyük Partlayış Nəzəriyyəsi”, “Sopranos”, “Taxt-Tac Oyunları”, “Oz Sehrbazı” və DC Universe kimi franşizalar, seriallar və filmlər Netflix kataloquna “Dostlar”, “Harry Potter”, “Casablanca”, “Citizen Kane” və “Üzüklərin Rəbbi” ilə yanaşı əlavə olunacaq.

Reuters mənbələrə istinadən bildirir ki, müqavilə antiinhisar nəzarəti ilə üzləşə bilər.

AzPost.az

Избранный
49
1
azpost.info

10Источники