Azərbaycanda səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizmi formalaşdırılacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Etibarlı Tərəfdaş Konsepsiyası"nda öz əksini tapıb.
Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə aşağıdakıları həyata keçirəcək:
- Beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi
- Səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslərə dövlət orqanları (qurumları) tərəfindən xidmət göstərilməsi sahəsində üstünlük verilməsi