RU

ABŞ 2027-ci ilin əvvəlində NATO-dan çıxa bilər

ABŞ 2027-ci ilin əvvəlində NATO-dan qismən çıxa bilər.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, əgər Avropa daha çox müdafiə məsuliyyətini öz üzərinə götürməsə, ABŞ 2027-ci ilin əvvəlində NATO-dan qismən çıxa bilər.

Agentliyin məlumatına görə, Vaşinqton istəyir ki, Avropa kəşfiyyatdan tutumuş raketlərə qədər NATO-nun ənənəvi müdafiə imkanlarının əksəriyyətinə nəzarəti öz üzərinə götürsün.

Lakin məhdud resurslar və istehsal gecikmələrini əsas gətirən Avropa rəsmiləri hesab edirlər ki, ABŞ kəşfiyyat və müşahidə kimi unikal və əvəzlənməsi çətin olan imkanlar təqdim edir. Odur ki, bəzi Amerika komponentlərini 2027-ci ilə qədər dəyişdirmək qeyri-realdır.

 

AzPost.az

Избранный
11
azpost.info

1Источники