Abşeron rayonu Saray qəsəbəsində bu il istifadəyə verilən məktəbin qarşısında gölməçə yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ötən gündən yağan yağış Saray qəsəbə 1 nömrəli tam orta məktəbin yaxınlığındakı vəziyyəti pisləşdirib. Şagirdlər məktəbə getməkdə ciddi çətinlik yaşayırlar.
"Bir az yağış yağan kimi əraziyə suyığılır", - deyə şikayətçi vurğulayıb.
Məktəbin qarşısından kadrları təqdim edirik:
Oxşar vəziyyət 315 nömrəli tam orta məktəbin yaxınlığında da müşahidə edilir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakin məlumat verib.
O, bildirib ki, məktəb yoluna və ətraf ərazilərə yığılan yağış suları ərazidə hərəkəti çətinləşdirib.