RU

Azərbaycan basketbol millisi beynəlxalq turnirdə Belarusu məğlub edib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi beynəlxalq turnirdə qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, yığma ilk görüşdə ev sahibi Belarusla qarşılaşıb.

Gərgin və maraqlı keçən matç millimizin 65:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirə dekabrın 7-də yekun vurulacaq.

Избранный
66
7
azertag.az

4Источники