RU

Azərbaycanlı aktyor Hollivud ulduzları ilə birgə filmə çəkiləcək

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub.

Aznews.az “Deadline”yə istinadən xəbər verir ki, o, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq.

Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır.

Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır.

Избранный
122
10
aznews.az

10Источники