RU

Çin Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyətinə ianə edib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, görüşdə, Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdə minatəmizləmə fəaliyyətinə maliyyə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və bu addımı humanitar həmrəyliyin göstəricisi olduğunu qeyd edib. Bununla yanaşı, səfirə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə ətraflı məlumat verilib. Səfir minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi olduğunu və Çinin Azərbaycanın minatəmizləmə səylərini dəstəklədiyini bildirib. Həmçinin, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri zamanı imzalanmış sənədlərdən birinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığı əhatə etdiyini və hazırkı ianənin həmin memorandum çərçivəsində edildiyini vurğulayıb. Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıb. Sonda tərəflər köçürülmüş ianə ilə bağlı müvafiq sənəd mübadiləsi edib. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
6
azvision.az

8Источники