RU

Fehruz Şamıyev: Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunu beynəlxalq arenada tanıdır

Bakı, 5 dekabr, AZƏRTAC

Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosu üçün əhəmiyyətli və hər il keçirilən tədbirdir. Festivalın strategiyası debüt filmlərə yönəlib və böyük kinoya addım atmaq istəyən rejissorlar üçün əvəzolunmaz platformaya çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev deyib.

"Hesab edirəm ki, yaxın gələcəkdə bu festival həm Şərqdə, həm də Şərqi Avropada aparıcı festivallardan birinə çevriləcək. Həmçinin festival Azərbaycan kinosunu beynəlxalq arenada tanıdır. Proqramda kifayət qədər təcrübəli və uğurlu işlərə imza atmış insanlar iştirak edir, münsiflər heyəti də yüksək peşəkarlıq nümayiş etdirir", - deyə direktor qeyd edib.

Избранный
79
azertag.az

1Источники