RU

“Bayraktar TB3” PUA-dan idarə olunan “Albatros-S” İDA suüstü hədəfi məhv edib

“Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) və “Albatros-S” kamikadze insansız dəniz aparatının (İDA) suüstündə birgə əməliyyat sınağı həyata keçirilib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, “Baykar” və ASELSAN-ın milli imkanlar hesabına inkişaf etdirdiyi platformalarla həyata keçirilmiş bu uğurlu sınaq Mavi Vətəndə birgə əməliyyat qabiliyyətinin gücünü göstərir.

Bildirilib ki, sınaq zamanı Türkiyə Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində yerləşən “TCG Anadolu” gəmisindən havaya qalxan “Bayraktar TB3” PUA-sı üzərindəki məlumat bağlantı sistemləri vasitəsilə “Albatros-S” kamikadze İDA-nın uzaqdan idarə olunmasını təmin edib. “Bayraktar TB3”dən ötürülən komandalarla hədəfə yönləndirilən “Albatros-S”, həyata keçirdiyi uğurlu hücum nəticəsində suüstü hədəfi dəqiq şəkildə məhv edib.

Əhəmiyyətli anlara səhnə olan sınaq İtaliya, Böyük Britaniya, İspaniya, Yaponiya və Braziliya hərbi heyətləri tərəfindən də izlənilib.

əə

Избранный
60
poliqon.az

1Источники