RU

Rusiyadan bu ölkələrə müharibə mesajı: Hazırıq, elə indi...

BAKI, 6 dekabr. TELEQRAF

“Hazırda Avropa ilə Rusiya arasında müharibə riski realdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Sky News” müsahibəsində deyib.

Diplomatın iddiasına görə, Britaniya hakimiyyətinin Rusiyanın yaratdığı təhdid barədə açıqlamaları məhz bu kontekstdədir. Kelin vurğulayıb ki, Moskva Avropanın bir çox paytaxtlarında səslənən silahlanma və hərbi güclənmə çağırışlarından narahatdır.

Səfir əlavə edib ki, müharibə hazırlığı barədə bütün bu bəyanatları nəzərə alaraq, qarşıdurma real görünür:

“Prezidentimizizin (Vladimir Putin) də söylədiyi kimi, Avropaya qarşı müharibə aparmağı düşünmürük, amma Avropa Rusiyaya qarşı müharibə aparmaq istəsə, hazırıq, elə indi...”.

Избранный
31
teleqraf.com

1Источники