RU

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik

Bakı, 6 dekabr, Göyçək Mahmudlu, Aytən Məmmədova, AZƏRTAC

D-8 Gənclər Dialoquna ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığımı bildirirəm. D-8 Gənclər Dialoqunun fiziki formatda təşkil olunması bizi olduqca sevindirir. Üzv ölkələrin gənc nümayəndələrinin buraya toplaşması isə tədbirin əhəmiyyətini daha da artırır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam deyib.

"Bu gün biz bu gənc nümayəndələrin şəhərlərin inkişafı və dayanıqlı iqtisadi tərəqqiyə necə töhfə verə biləcəyi ilə bağlı fikirlərini dinləyəcəyik. Artıq bir neçə ildir ki, Azərbaycanda yaşayıram. Bu dialoqun vacibliyini yaxından görürəm. Azərbaycan COP29-a sədrlik etdiyi müddətdə iqlim fəaliyyəti sahəsində əhəmiyyətli təcrübə qazanıb. Biz istəyirik ki, Azərbaycan gəncləri həmin təcrübəni və əldə etdikləri bilikləri digər üzv ölkələrin gəncləri ilə bölüşsünlər. Bu bilik və fikir mübadiləsi dayanıqlı, müasir şəhərlərin inkişafına mühüm töhfə verə bilər", - deyə təşkilatın baş katibi bildirib.

Избранный
154
2
azertag.az

3Источники