RU

Prezidentin köməkçisi: “Sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk”

Azərbaycan sülh gündəliyi ilə bağlı əlindən gələn bütün səyləri göstərir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.

O, Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini vurğulayıb:

"Biz sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə, siyasi dəstək və əlbəttə, siyasi iradə lazımdır", - Prezidentin köməkçisi əlavə edib.

H.Hacıyev beynəlxalq ictimaiyyətdən sülh prosesinə zərbə vuracaq bəyanatlardan çəkinməyə çağırıb:

"İrəli gedərkən bizə yardımçı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük.
 

Bu, həm beynəlxalq media, həm akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu, belə olmamalıdır. Biz gələcəyə baxırıq.


Çətinliklərin olduğunu bilirik, amma gəlin sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq".

Bizim.Media

Избранный
65
6
bizim.media

10Источники