RU

Beyləqanda yol qəzası baş verib – ÖLƏN və YARALANAN VAR (YENİLƏNİB)

06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 21:09

Beyləqanda ölüm və və xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, “Mersedes” markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində Məmmədov Nizami Zahid oğlu ölüb, Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu ağır xəsarət alıb.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
16
5
nocomment.az

10Источники