RU

Beyləqanda baş verən qəzada xəsarət alan şəxslərin SON DURUMU

Beyləqanda baş verən qəzada xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Bu barədə Bizim.Media-ya Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 06.12.2025-ci il tarixdə saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Избранный
20
2
bizim.media

10Источники