"Aİ ləğv edilməli və suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər".
"Unikal" xəbər verir ki, bunu amerikalı milyarder və iş adamı Elon Mask özünün X hesabında yazıb.
O, həmçinin əlavə edib ki, Avropa bürokratiyası yavaş-yavaş özünü boğaraq öldürür.
Avropa Komissiyası bundan əvvəl istifadəçiləri mavi işarələrlə aldatdığına görə X-ni 120 milyon dollar cərimə etmişdi.
Ağarza Elçinoğlu