RU

Fabreqas 0:4-dən sonra: "İnter"dən öyrənməyə davam edəcəyəm"

"Komo"nun baş məşqçisi Sesк Fabreqas "San-Siro"da "İnter"ə 0:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisinin ispaniyalı çalışdırıcısı DAZN-a açıqlamasında belə danışıb:

"Çərşənbə axşamı yenidən "San-Siro"ya gələcəm ki, Çempionlar Liqasında "Liverpul"la oyunu izləyim. Mən "İnter"dən öyrənməyə davam edəcəyəm".

Qeyd edək ki, mövsümün əvvəlində Sesк Fabreqas özü "neradzurri"nin baş məşqçisi olmağa namizəd idi. Amma hazırki klubu onu buraxmadı. Nəticədə milanlıların baş məşqçisi postunu Kristian Kivu tutdu.

Избранный
108
12
fanat.az

10Источники