Ötən gecə Beyləqanda baş verən qəzada xəsarət alanlar Bakıya göndərilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, baş verən qəza zamanı ağır xəsarət alan sürücü 1968-ci il təvəllüdlü Namazəliyev Rövşən Bəylər oğlu və avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Məmmədov Hafiz Ataxan oğlu paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara kəllə beyin travması və komatoz vəziyyət diaqnozu təyin olunub.
"07.12.2025- ci il tarixində 1972-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə, 1968-ci il təvəllüdlü şəxs isə Bakı şəhəri, Yeni Klinikaya təxliyə olunub", - məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün baş verən qəza zamanı avtomobildə olan sərnişin Nizami Məmmədov isə hadisə yerindən həyatını itirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта