RU

İranda hicabsız qadınlar marafonda iştirak etdi Təşkilatçılar tutuldu VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran məhkəməsi marafonda hicabsız qadınların iştirakına görə iki təşkilatçını həbs edib.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The Guardian nəşri İran məhkəmə sistemi ilə bağlı Mizan saytına istinadən yayıb.Məlumata görə, yarışdan yayımlanan görüntülərdə bəzi qadın iştirakçıların hicab taxmadığı görünür.

 

Marafon ölkənin cənub sahillərində yerləşən Kiç adasında keçirilib və tədbirdə təxminən 5 min nəfər iştirak edib. Məhkəmənin məlumatına görə, həbs edilənlərdən biri Kiç sərbəst iqtisadi zonasının rəsmisi, digəri isə yarışı təşkil edən şirkətdə çalışan şəxşdir.

Mizanın açıqlamasına əsasən, hakimiyyət marafonun “ictimai əxlaq normalarının pozulması” ilə təşkil edildiyini hesab edir.Təşkilatçılara qarşı cinayət işi açılıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
bizim.media

5Источники