RU

İsrail buna bərpa etməyə imkan verməyəcək!

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Cənub Hərbi Dairəsinin və 252-ci Diviziya komandirləri ilə birlikdə Qəzza zolağının şimalını gəzib.

Modern.az xəbər verir ki, generallar İsrail ordusunun Beyt Hanun və Cəbəliyədəki mövqelərinə baş çəkiblər.

İsrail KİV-lərinin məlumatına görə, vəziyyətin operativ qiymətləndirilməsi zamanı Zamir bəyan edib ki, İsrail ordusu “bütün cəbhələrdə təhdidləri aradan qaldırmağa çalışır” və “İsrail HƏMAS-ın hərbi potensialını bərpa etməyə imkan verməyəcək”.

Избранный
162
1
modern.az

10Источники