RU

Masazırda “BMW” yandı - Ölən və yaralananlar var

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. 

"Unikal" “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
11
unikal.az

10Источники