RU

Rusiyadan xaricə valyuta köçürmələri ilə bağlı limit ləğv edilib

Azvision saytına istinadən ain.az xəbər verir.

Rusiya Mərkəzi Bankı məhdudiyyətlərin aradan qaldırılması qərarını valyuta bazarındakı sabit vəziyyətlə izah edib. Qeyd edək ki, əvvəllər pul köçürmə sistemləri vasitəsilə xaricə köçürmələr ayda 10.000 ABŞ dolları və ya başqa valyutada ekvivalentdən çox ola bilməzdi. Tənzimləyici həmçinin elan edib ki, Rusiyada işləyən qeyri-dost ölkələrdən olan qeyri-rezident şəxslər öz maaşları məbləğində xaricə pul köçürmək hüququnu saxlayıblar. Bu müddəa 7 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq. Bu məhdudiyyət Rusiya hüquqi və fiziki şəxslərinin nəzarəti altında olan xarici şirkətlərə, ölkənin maliyyə bazarına sərmayə qoyan xarici investorlar tərəfindən vəsaitlərin “İn” tipli hesablardan xaricdəki hesablara köçürülməsi ilə bağlı əməliyyatlara şamil edilmir. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
98
azvision.az

1Источники