RU

Emal olunmuş ət məhsulları: piylənmə və diabet riskini artırır

Emal

Həkim ən zərərli kolbasa növünü açıqlayıb. Ulusum.az xəbər verir ki, rusiyalı qastroenteroloq Yevgeniya Melnikova hər gün sosiska və kolbasa yeməyin sağlamlığa zərərli olduğunu bildirib. O, bu məhsulların tərkibindəki qatqıların xroniki xəstəliklərə səbəb ola biləcəyini vurğulayıb."Bu məhsulların tərkibində çoxlu dad artırıcılar, duz, doymuş yağlar və nitratlar var və kalorili məhsuldur. 100 qramında 200-600 kilokalori olan yağlı ət kolbasaları, xüsusilə hisə verilmiş kolbasalar, ən zərərli sayılır". Həkim xəbərdarlıq edib ki, bu məhsulları tez-tez yeyənlərdə piylənmə riski artır və nəticədə tip 2 diabet inkişaf edə bilər. Həmçinin, çox duzlu kolbasalar lipid mübadiləsini pozaraq hipertoniya və ateroskleroz riskini yüksəldir.Digər təhlükələr arasında osteoporoz, kalsium və fosfor mübadiləsinin pozulması və kolorektal xərçəng riski də var.Mütəxəssislər tövsiyə edirlər ki, kolbasa və sosiska kimi emal olunmuş ət məhsullarından yalnız nadir hallarda istifadə edilsin.R.Daşdəmirova

Diqqət Çəkənlər

Meksikada partlayış: Ölən və yaralananlar var

Özbəkistanda turizmdən gəlirlər rekord həddə çatıb

Yolkaya bu oyuncaqları asmaq olmaz - NİYƏ?

Избранный
47
ulusum.az

1Источники