RU

Abşeronda maşın yanıb: 1 ölü, 2 yaralı

Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Hakimiyyet.az "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili anidən alovlanıb.

Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Əlizadə Qurbanəli Ağa oğlu həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır

Избранный
7
3
hakimiyyet.az

10Источники