RU

ABŞ inteqrasiya edilmiş Switchblade dronları ilə Abrams tankını uğurla sınaqdan keçirib

ABŞ-ın General Dynamics və AeroVironment şirkətləri Abrams tankına inteqrasiya olunmuş və birgə hazırladıqları Switchblade (PERCH) pilotsuz uçuş aparatının uğurla sınaqdan keçirildiyini elan ediblər.

Herbiand.az bildirir ki, bu barədə General Dynamics xəbər verib.

Bildirilib ki, sistem ABŞ ordusunun Texas ştatının Fort-Hud bazasında keçirilən MARS təlimi zamanı nümayiş etdirilib.

Xüsusilə, əsgərlər PERCH avadanlıq konteyneri ilə təchiz edilmiş Abrams tankından atılan Switchblade 300 və Switchblade 600 dronlarından istifadə edərək maneələri aşıblar.

PUA-ların köməyi ilə vizual diapazondan kənarda kəşfiyyat aparmaq və üfüqdə “yüksək dəyərli hədəfləri” vurmaq üçün istifadə edilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
33
herbiand.az

1Источники