RU

Araşdırma BAŞLAYIR – “Netflix” və “Warner Bros.” sövdələşməsi BAŞ TUTMAYA BİLƏR

Tramp “Netflix”in “Warner Bros.”u almasına mane ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. ABŞ prezidenti bu birləşmənin bazarda inhisarçılıq yaradacağından narahatdır və prosesə şəxsən müdaxilə edəcək.

Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp “Netflix” şirkətinin “Warner Bros.” kinostudiyasını satın almasına qadağa qoya bilər.

Bildirilir ki, bu iki nəhəngin birləşməsi nəticəsində “həddindən artıq böyük bazar payına” malik şirkət ortaya çıxa bilər.

Bu səbəbdən ABŞ Ədliyyə Nazirliyi “Warner Bros.” ilə birləşmənin “Netflix”in media sənayesindəki dominantlığını (hökmranlığını) nə dərəcədə gücləndirəcəyini araşdırmalıdır.

Prezident bəyan edib ki, bu məsələ ilə bağlı qərarın qəbul edilməsində şəxsən iştirak edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
40
1
interpress.az

2Источники