RU

“Amerika Zelenskini danışıqlardan kənarlaşdırıb” - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki

“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlardan kənarlaşdırıb, çünki onun siyasi nüfuzu zəifləyib və onun yaxın ətrafı real həbs təhlükəsi ilə üz-üzə qalıb”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Ray Mak Qovernkonsortium “News”a ünvanladığı məqaləsində məlumat verib.

"ABŞ Prezidenti Donald Tramp və onun komandasındakı realistlər artıq Zelenskinin nə düşündüyündən o qədər də narahat deyillər və çox güman ki, onsuz da danışıqları davam etdirəcəklər. Ukrayna lideri artıq Kiyevdə gəzən cəsəd olub", - deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Zelenski və ətrafının korrupsiya araşdırması ilə bağlı Ukraynaya ciddi təzyiqlər göstəriləcək.

Eyni zamanda, Kiyev döyüş meydanında fəlakətli itkilər verir", - ekspert yekunlaşdırıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
42
missiya.az

1Источники