RU

Prezidentin köməkçisi: Azərbaycanın qeyri neft ixracı 2 dəfə artıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.

O bildirib ki 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.

“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, -Şahmar Mövsümov qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
15
apa.az

10Источники