RU

Abdullar Zubir: “Qarabağ”ın kapitanı olmağımla qürur duyuram” – ARENA.AZ

“Qarabağ”ın kapitanı Abdullah Zubir komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı barədə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən fransalı futbolçu komandasının inkişafından da bəhs edib:

“Qarabağ”a gələndə məqsədim UEFA Çempionlar Liqasında oynamaq idi. Avropa Liqasında və Konfrans Liqasında oynamaqdan zövq alırdım, amma UEFA Çempionlar Liqası tamamilə fərqlidir. Bu atmosferi, stadionları, azarkeşləri, ətrafda baş verən hər şeyi, xüsusən də, evdə oynadığımız zaman həvəs inanılmazdır. Son bir neçə ildə klubun peşəkarlığı bir çox sahədə artıb: qidalanma, məşq, eyni zamanda iş yükü baxımından. Klub çox dəyişib və bu gün bir neçə illik işdən sonra əldə edilən nəticələri görürük”.

Abdullah Zubir uşaqlıqdan bəri bu məqsədə necə çatdığını da izah edib:

“Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi. Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: “Bir gün Çempionlar Liqasında oynayacağam”. Axı, Çempionlar Liqası futbolun zirvəsidir. “Qarabağ”a gələndə isə şansımın olduğunu anladım. “Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram. Bu, unudulmaz təcrübədir, bunu heç vaxt unutmayacam. Bir dəfə atamla birlikdə “Lill” və “Mançester Yunayted” arasında Çempionlar Liqası matçını izləməyə getmişdim. İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir”.

Zubirin böyük qardaşı Muad da çox emosionaldır:

“Onun “Qarabağ”da gördüyü işlərlə fəxr edirəm. Ailəmizdən birinin dünyanın ən yaxşı turniri olan Çempionlar Liqasında oynaması hamımızı çox sevindirir”.

Избранный
10
6
arena.az

10Источники