RU

Fond tərəfindən xərclənən vəsaitlərin istiqaməti rəsmi internet səhifəsində təqdim olunur

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

YAŞAT Fondu şəhid övladlarının intellektual və sosial inkişafını dəstəkləmək məqsədilə müxtəlif layihələr həyata keçirməyə davam edir. Fondun təşkil etdiyi intellektual marafonlarda ümumilikdə 89 iştirakçı yer almışdır. Bununla yanaşı, keçirilən Qış Düşərgəsi proqramında 25 nəfər şəhid övladı iştirak etmiş, “Bilimdən Zəfərə” layihəsi çərçivəsində isə 410 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur. Fondun təşkil etdiyi İstanbul səfərində 10 nəfər şəhid övladı iştirak edərək həm mədəni, həm də maarifləndirici proqramlarda yer almışdır.

SİA xəbər verir ki, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov çıxışı zamanı fonda ianə edən bütün şəxslərə təşəkkürünü bildirmiş, fəaliyyətin əsas prinsipinin şəffaflıq olduğunu xüsusi vurğulamışdır. Yaşat qələbəni yaşadanları yaşadır.

Onun sözlərinə görə, Fond tərəfindən xərclənən bütün vəsaitlərin istiqaməti və təyinatı rəsmi internet səhifəsində ictimaiyyət üçün açıq şəkildə təqdim olunur.

Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
100
1
sia.az

2Источники