RU

Nazir və rəsmi qonaqlar Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir.  Bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri ölkəmizə təşrif buyurub. 

"Unikal" xəbər verir ki, dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən əvvəl Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və digər rəsmi şəxslər Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin böyük himayədarı, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.

Məzarı önünə çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
5
unikal.az

8Источники