RU

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər  

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. Bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri ölkəmizdə səfərdədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən əvvəl qonaqlar Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin böyük himayədarı, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, İƏT Baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan və digər rəsmi şəxslər Ümummilli Liderin məzarı önünə çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Избранный
24
5
azerbaijan-news.az

8Источники