RU

Bir sıra texniki reqlament layihələri ictimai dinləməyə çıxarılacaq

Bakı. Trend:

Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi ilə birgə bir sıra texniki reqlamentlayihələrini ictimai dinləmə və müzakirəyə çıxaracaq.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

Belə ki, sözügedən qurumlar tərəfindən 9 dekabr 2025-ci il, saat10:00-da “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları tərəfindənhazırlanmış “Partlayış təhlükəli mühitlərdə istifadə olunanavadanlığın təhlükəsizliyi haqqında”, “Partlayıcı maddələrin vəonların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”,“İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında”,"Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblərhaqqında", “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogenxarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuşməhsulların təhlükəsizliyi haqqında”, “Pirotexniki məmulatlarıntəhlükəsizliyi haqqında” və “Fərdi mühafizə vasitələrinintəhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimaidinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri,istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflərtəşkil olunacaq görüşə https://bit.ly/3MhJ2hr linki üzərindən onlayn qaydada qoşula vəmüzakirələrdə iştirak edə bilərlər:

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlamentlayihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlıtərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakınıntəşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin vəonların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətəçatdırılması məqsədilə aparılacaq.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyədair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyintələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarlarazılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan RespublikasıNazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçininAgentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin“Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi”alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi)də yerləşdirilib.

Избранный
73
5
az.trend.az

6Источники