RU

Matvey Safonov mövsümdə ilk matçına çıxdı – ARENA.AZ

Fransa çempionu PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov 2025/2026-cı illər mövsümündə parislilərin heyətində ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Fransa Liqa 1-in 15-ci turu çərçivəsində “Renn”ə qarşı ev oyununda (5:0) meydana başlanğıc heyətdə çıxaraq, tam oyun keçirib.

Rusiyalı qapıçı matçdan sonra təəssüratını bölüşüb:

“Nəhayət ki, bu mövsümdə PSJ üçün debüt etdim. Çox şadam ki, məhz böyükhesablı qələbədən başlamaq müyəssər oldu. Amma ən əsası hesab da deyil. Əsas odur ki, oyundan yenidən nəhəng zövq aldım”, deyə Safonov vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov PSJ-nin heyətində bütövlükdə 18 oyuna çıxıb. O, bu oyunlarda 13 qol buraxıb, 8 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 17 oyuna çıxıb, 12 qol buraxıb, 8 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Избранный
29
9
arena.az

10Источники