Türkiyənin "Samsunspor" klubunun futbolçusu Entoni Musabanın avtomobili yanıb.
Milli.Az xəbər verir ki, hadisə o, hava limanından evinə gedərkən baş verib.
Niderlandlı oyunçu kirayəyə götürdüyü avtomobillə hərəkətdə olarkən motorda yanğın çıxıb.
Qısa zamanda yanğın avtomobilin salonuna da keçib. Lakin futbolçu və ailəsi xəsarət almadan içəridən çıxa bilib.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az