RU

M8 nömrəli avtobusda texniki nasazlıq:Sərnişinlər sıxlıqla üzləşdi

Bu gün səhər təxminən saat 07:10 radələrində Maştağa-Gənclik istiqamətində hərəkət edən M8 nömrəli avtobus xarab olub. Nəticədə həmin avtobusdan düşən sərnişinlər digər M8-ə minməli olublar. Bu isə nəqliyyat vasitəsində hədsiz sıxlıq və ciddi narahatlıq yaradıb.

Bu haqda Redaktor.az-a sərnişinlərdən biri məlumat verib.

Sərnişin əlavə olaraq qeyd edib ki, bu, ilk dəfə yaşanan hal deyil.

Belə olduqda isə ortaya bir sual çıxır: bu avtobusların texniki baxışı vaxtı-vaxtında keçirilirmi?

Məsələ ilə bağlı cavab almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq, lakin sorğumuz cavabsız qaldı.

Aytəkin TOFİQQIZI

Избранный
11
1
redaktor.az

2Источники