RU

Osloda ticarət mərkəzində atışma baş verib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

8 dekabr günortadan sonra Norveçin paytaxtı Oslo şəhərində "Storo Storsenter" ticarət mərkəzində atışma baş verib. Xəsarət alan olmayıb.

Bizimyol.info xəbər verir ki, NRK-nın məlumatına görə, hadisə yerinə polis gəlib.

Atışma ticarət mərkəzinin təxliyəsinə səbəb olub. Şübhəli saxlanılıb. Müstəntiqlər şübhəlinin tavana atəş açdığını düşünürlər. O, ov tüfəngindən istifadə edib.

"Bu, tavana atılan atəş idi. Onun kimisə yaralamağa çalışdığına dair heç bir əlamət yoxdur", - deyə polisin sözçüsü bildirib.

Hadisədən sonra "Storo Storsenter" normal fəaliyyətini bərpa edib. İstintaq başlayıb. Axtarış zamanı şübhəlinin üzərindən iki tapança, bir dəyənək və bıçaq tapılıb.

"Ərazi təhlükəsizdir və mərkəz yenidən açıla bilər. Demək olar ki, bütün mərkəzi axtardıq və heç bir xəsarət alan barədə məlumat almadıq", - deyə polis bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
79
bizimyol.info

1Источники