RU

İsrail İordaniya ilə sərhəddə təhlükəsizlik səddinin tikintisinə BAŞLADI – VİDEO

İsraildə İordaniya ilə sərhəddə təhlükəsizlik hasarının tikintisinə başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Şərq sərhədində 80 kilometrlik maneə çəkilir, ərazidə yeni yaşayış məskənlərinin salınması planlaşdırılır.

Məlumata əsasən, İsrail-İordaniya sərhədində 80 kilometr uzunluğunda olacaq təhlükəsizlik səddinin ilk iki hissəsinin inşasına start verilib.

Bildirilir ki, birinci mərhələdə işlər sərhəd boyu yamacların və dərələrin möhkəmləndirilməsinə yönəldiləcək.

Qurumdan qeyd edilib ki, eyni zamanda müdafiə ehtiyacları və zəruri vəsaitlər nəzərə alınmaqla növbəti mərhələlərin planlaşdırılması həyata keçirilir.

“Şərq sərhədi İsrailin ən uzun sərhədidir. Onun mühafizəsi fiziki sədlər, qabaqcıl müşahidə və kəşfiyyat sistemləri ilə başlayan kompleks bir vəzifədir”, – nazirliyin nümayəndəsi vurğulayıb.

Bundan əlavə, rəsmi məlumata görə, sərhədyanı ərazilərdə infrastrukturun yaradılması, xüsusilə yeni yaşayış məskənlərinin (qəsəbələrin) salınması və iş yerlərinin açılması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
62
interpress.az

1Источники