RU

ABŞ-ın hərbi büdcəsi rekord qırır

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsini təqdim edib. Bu, ABŞ prezidentinin tələbindən 8 milyard dollar artıq – 901 milyard dollar təşkil edir.

Donald Tramp Konqresdən hərbi xərclər üçün 892,6 milyard dollar ayırmasını istəyib. Senat əvvəlcə xərcləri 925 milyard dollara qədər artırmağı təklif edib, Nümayəndələr Palatası isə prezidentin tələbinə bərabər məbləğ üçün lobbiçilik edib. Son nəticədə qanunvericilər kompromis əldə ediblər.

Xatırladıq ki, 2025-ci maliyyə ili üçün ABŞ-ın hərbi büdcəsi 884 milyard dollar olub.

//Samir Qurbanov, Editor.az

Избранный
57
2
editor.az

4Источники