RU

“WhatsApp” söhbətlərində yenilik -

Milyarlarca istifadəçinin ünsiyyətini təmin edən “WhatsApp”, qrup söhbətləri üçün yenilik tətbiq edib.Metbuat.az xəbər verir ki, “WhatsApp”, istifadəçilərin qrup söhbətlərindən ayrılma mexanizmini tamamilə dəyişdirib. Məlumata görə, əvvəllər bir üzvün qrupdan çıxması bütün söhbət iştirakçılarına açıq şəkildə bildirilirdi. Bu, xüsusilə böyük və ya biznes yönümlü qruplardan çıxmaq istəyənlər üçün arzuolunmaz sosial təzyiq yarada bilərdi. Yeniliyə əsasən istifadəçi “WhatsApp” qrupundan çıxdıqda, bu, yalnız qrup adminlərinə bildirilir.

Digər qrup üzvləri artıq şəxsin çıxdığını söhbət lentlərində mesaj və ya bildiriş kimi müşahidə edə bilməyəcəklər.

Избранный
54
9
metbuat.az

10Источники