RU

Trampın Amerikadan deportasiya etdiyi iranlıları ölkələrində nə gözləyir?

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran Xarici İşlər Nazirliyi (XİN) dekabrın 7-də onlarla iranlının vətənlərinə deportasiya olunduğunu bildirib.

Gununsesi.info–nun xəbərinə görə, bu, prezident Donald Trampın miqrasiya qadağası çərçivəsində ikinci repatriasiyadır.

“Təxminən 55 vətəndaş növbəti günlərdə İrana qayıdacaq. Son bir neçə ayda artıq ikinci qrup İrana qaytarılır”, – İran XİN mətbuat katibi İsmail Bəqayi deyib.

Onun iddiasına görə, “deportasiyalar siyasi səbəblər və beynəlxalq hüquqa zidd antimiqrant siyasətinə söykənir”.

CNN təyyarənin dekabrın 7-də Küveyt vasitəsilə İrana çatacağını xəbər vermişdi. 120 nəfəri daşıyan ilk reys isə oktyabrda Qətər vasitəsilə Tehrana gedib.

ABŞ və İran arasında birbaşa diplomatik əlaqə yoxdur. Əksər qarşılıqlı təmaslar vasitəçilər üzərindən gerçəkləşdirilir. Amma deportasiyaların transferi Vaşinqton və Tehran arasında qeyri-adi dərəcədə koordinasiya tələb edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
68
icma.az

1Источники