Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə iki əsas namizədin – müdafiə naziri Denis Şmıxal və baş nazirin birinci müavini Mixaylo Fedorovun adını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Strana” yayıb.
Zelenski bildirib ki, hər iki məmur bu vəzifəyə real namizəddir, lakin əsas problem onların mövcud postlarında kimin əvəz edəcəyidir:
“Onları hazırkı vəzifələrində kimsə əvəz etməlidir. Bu, əsas çətinlikdir”, – dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Zelenskinin bu açıqlaması Prezident Aparatının rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılmasından sonra verilib. Yeni təyinatla bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.